EN

Zelenski: “Ukraynaya elə sülh lazımdır ki, üçüncü Rusiya hücumu qarşısında da sarsılmasın”

Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski axşam müraciətində ABŞ nümayəndə heyəti ilə keçirilən görüş barədə geniş məlumat verib.

Onun sözlərinə görə, amerikalılar müharibənin bitməsi ilə bağlı öz baxışlarını təqdim ediblər və tərəflər çox ciddi söhbət aparıblar.

Zelenski bildirib ki, Ukrayna müharibənin ilk günlərindən bəri mövqeyini dəyişməyib: “Ukraynaya sülh lazımdır. Həqiqi sülh — elə sülh ki, üçüncü dəfə hücuma məruz qaldıqda belə sarsılmasın. Dəyərli sülh — elə ki, şərtlər bizim müstəqilliyimizə, suverenliyimizə və xalqımızın ləyaqətinə hörmət əsasında olsun. Biz məhz belə sülh üçün çalışırıq”. 

Prezident qeyd edib ki, görüş zamanı Ukrayna tərəfinin prinsipial mövqeləri Amerika nümayəndə heyətinə çatdırılıb və tərəflər işi davam etdirmək barədə razılığa gəliblər.

Zelenski həmçinin vurğulayıb ki, Ukrayna bundan sonra “kəskin bəyanatlardan” çəkinəcək, ABŞ, Avropa və digər tərəfdaşlarla sistemli və dəqiq çalışmağa davam edəcək.

 

Musavat.com

Chosen
62
50
musavat.com

10Sources