EN

Sumqayıtda ağır qəza, bir nəfər ölüb

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

İlkin məlumata görə, yolu keçmək istəyən piyadanı “Mercedes” markalı minik avtomobili vurub.

Zərbənin təsirindən piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Chosen
56
6
apa.az

7Sources