EN

Qazaxıstanda az tədqiq olunmuş ərazilərə 1 milyard dollar investisiya cəlb etmək planlaşdırılır

Astana, 21 noyabr, AZƏRTAC

Qazaxıstan az tədqiq olunmuş ərazilərdə geoloji kəşfiyyata 1 milyard dollar cəlb etməyi planlaşdırır.

AZƏRTAC LS resursuna istinadən xəbər verir ki, Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, bundan əvvəl ölkədə az tədqiq olunmuş ərazilərdəki layihələrdə hasilata keçiləcəyi təqdirdə dövlətin ən azı 50 faizlik mütləq iştirakının tətbiq edilməsi təklif olunurdu. 100 faiz dövlətə məxsus olan “KazMunayGas” və “QazaqGaz” dövlət adından belə iştirakı həyata keçirə bilər.

Nazirlik gözləyir ki, müəyyən edilmiş şərtlərə cavab vermək şərti ilə tədqiqatdan kəşfiyyat mərhələsinə zəmanətli keçidin tətbiqi az tədqiq olunmuş ərazilərdə geoloji kəşfiyyata təxminən 1 milyard dollar investisiya cəlb etməyə imkan verəcək.

Ölkənin Yerin təki haqqında məlumatlar bazası da yenilənəcək və genişləndiriləcək. Yeni sahələrin sənaye istehsalına cəlb edilməsi sürətləndiriləcək. Bununla da, vergi gəlirləri artacaq, yeni iş yerləri yaradılacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
61
2
azertag.az

3Sources