EN

Xərçəng görün necə gizlənir

Texas Universitetinin M.D. Anderson Onkologiya Mərkəzinin tədqiqatçıları HSP90 istilik şoku zülalının xərçəngə meyillilikdə və şişlərin müalicəyə davamlılığında yeni rolunu aşkar ediblər.

Publika.az xəbər verir ki, "Molecular Cell" jurnalında dərc olunan işdə göstərilib ki, HSP90 bəzi BRCA1 genindəki mutasiyaların təsirini “yumşalda” bilər, onların zərərli nəticələrini gizlədərək süd vəzi xərçənginin inkişafını gecikdirir. Lakin bu xüsusiyyət eyni zamanda şiş hüceyrələrində zəiflik yaradır: HSP90 bloklandıqda, xərçəng hüceyrələrinin terapiyaya həssaslığı bərpa olunur.

Genetika kafedrasının dosenti Georgios Karrasın rəhbərliyi ilə aparılan araşdırma həmçinin HSP90-ın bu “bufer” mexanizminin hansı hallarda işə düşdüyünü əvvəlcədən müəyyən etməyə imkan verən əlamətləri üzə çıxarıb. Bu, diaqnostikanın, proqnozun və kombinə olunmuş müalicə sxemlərinin fərdiləşdirilməsinə kömək edə bilər.

İstilik şoku zülalları hüceyrəni stressdən qoruyur, zədələnmiş və ya səhv qatlanmış zülalları düzəldir, həmçinin normal şəraitdə də vacibdir. HSP90 bir çox zülalların düzgün qatlanmasına yardım edir və genetik səhvlərin nəticələrini gizlədə bilir. BRCA1 geni mühüm şiş supressorudur və onun mutasiyaları süd vəzi və yumurtalıq xərçəngi riskini artırır.

Alimlər müəyyən ediblər ki, HSP90 bu mutasiyaların bir qisminin nəticələrini gizləyə bilər, onların populyasiyada qalmasına və xəstəliyin başlanmasının gecikməsinə şərait yaradır. Lakin belə “maskalanmış” mutasiyaları daşıyan şişlər PARP inhibitorları ilə müalicəyə daha zəif cavab verir və bu davamlılıq birbaşa HSP90 aktivliyindən asılıdır. Maraqlıdır ki, HSP90-ın bufer qabiliyyəti xarici amillərlə, məsələn adi qızdırma ilə belə asanlıqla pozula bilər.

Chosen
131
1
publika.az

10Sources