EN

Miqrantlar 20 il gözləməli ola bilər

Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyada qanuni şəkildə yaşayan bəzi miqrantlar daimi yaşayış icazəsi (ILR) əldə etməzdən əvvəl 20 ilə qədər gözləməli ola bilər.

Hafta.az xəbər verir ki, bu, daxili işlər naziri Şabana Mahmudun açıqladığı yeni immiqrasiya islahat paketinin tərkib hissəsidir. Yeni qaydalara əsasən, ILR üçün tələb olunan müddət hazırkı 5 ildən 10 ilə yüksəldiləcək və 2021-ci ildən bəri ölkəyə gəlmiş təqribən 2,6 milyon qanuni miqranta şamil olunacaq. Artıq daimi yaşayış icazəsi almış şəxslərə yeniliklər tətbiq olunmayacaq. Nazir parlamentdəki çıxışında bildirib ki, Böyük Britaniyanın bir hissəsinə çevrilmək hüquq deyil, qazanılan bir imtiyazdır.

Yeni qaydalara əsasən qanuni miqrantlar 12 aydan az müddətdə dövlət müavinəti alsalar, vətəndaşlıq üçün 15 il gözləməli olacaqlar. 12 aydan çox müavinət alan miqrantlar üçün isə daimi yaşayış icazəsi 20 illik gözləmə müddətinə qədər uzadılacaq. Bu, hazırkı müddətdən dörd dəfə çoxdur və Avropada ən uzun gözləmə müddəti olacaq.

ILR statusu Britaniyada daimi yaşamaq, məhdudiyyətsiz işləmək və dövlət xidmətlərindən yararlanmaq hüququ verir. Bu status Britaniya vətəndaşlığına gedən əsas mərhələlərdən biri hesab olunur. Nazir qeyd edib ki, son illərdə ölkəyə gələnlərin sayı misli görünməmiş səviyyəyə çatdığı üçün sistemdə ciddi dəyişikliklər qaçılmazdır.

Chosen
3
4
hafta.az

5Sources