EN

Banqladeşdə 5,5 bal gücündə ZƏLZƏLƏ

Banqladeşin Narsingdi bölgəsində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Narsingdi bölgəsindən təxminən 14 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ yer səthindən təxminən 10 kilometr dərinlikdə baş verib.

Hazırda hadisə ilə bağlı hər hansı itki və ya dağıntı barədə məlumat açıqlanmayıb.

Nuriyyə NATİQQIZI

Chosen
89
4
redaktor.az

5Sources