EN

Alimlər Marsda sirli daştapdılar –NASA açıqlama verdi /FOTO

Alimlər Marsda sirli dəmir qaya kəşf ediblər.

AzPost “New York Post” nşrinə istinadən  bildirir ki, bu barədə NASA-dan məlumat verilib.

NASA alimləri Marsda mövcudluğu mümkün olmayan böyük bir daş parçası tapıblar. Tərkibi səma cisminin səthindən fərqlidir.

NASA-nın “Perseverance” kosmik gəmisi Jezero Kraterinin Vernodden bölgəsini araşdırarkən geoloji anomaliya ilə qarşılaşıb: “Sonrakı təhlillər gstərdi ki, Marsdakı bu qaya dəmir və nikellə zəngindir. Adi qayalardan daha çox dəmir-nikel meteoritləri ilə əlaqəli elementlərin qarışığıdır”.

Bu metal kosmik daş parçaları adətən böyük asteroidlərin nüvələrində əmələ gəlir. Ehtimal olunur ki, obyekt Marsa dəyən meteoritin bir hissəsidir.

Alimlər bu nəzəriyyəni təsdiqləmək üçün əlavə sınaqlar aparacaqlar. Təsdiqlənərsə, bu daş qaya “Qırmızı Planet”in tarixi haqqında dəyərli ipucları verə bilər.

AzPost.az

Chosen
64
azpost.info

1Sources