EN

ADAU da keçirilən bilik yarışının qalibləri müəyyən edilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gəncə, 21 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bilik yarışı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əsas məqsədi tələbələr arasında hüquqi biliklərin artırılması, Konstitusiyanın mahiyyəti, dövlət suverenliyi və milli dəyərlər haqqında məlumatlılığın gücləndirilməsi, eyni zamanda, tələbələrdə komanda ruhunun inkişaf etdirilməsi olub.

Yarışda müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Suallar Azərbaycan Respublikasının Konstitusiyasını, hüquqi dövlət quruculuğu prinsiplərini və suverenlik anlayışını əhatə edib. Qalib komandalar müəyyən edilib və təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
1
azertag.az

2Sources