Banqladeşin Narsinqdi bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, zəlzələ təxminən 10 kilometr dərinlikdə qeydə alınıb.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.