Banqladeşin Narsingdi bölgəsində 5,5 bal gücündə zəlzələ baş verdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Narsingdi şəhərinin təxminən 14 kilometr cənub-qərbində yerləşib.
Qeyd olunub ki, 5,5 bal gücündəki zəlzələ yerin təxminən 10 kilometr dərinliyində meydana gəlib.
Zəlzələ ilə bağlı hələlik insan tələfatı və ya maddi zərər barədə məlumat verilməyib.