EN

Restoranın 4 ofisiantını elektrik öldürdü

Bakıda restoranda dörd nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

XəzərNews.az xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən bir restoranda baş verib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk olaraq Qafqazinfo məlumat yayıb.

"Azərişıq" ASC-dən sayta bildirilib ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: "Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün "Azərişıq” ASC-nin balansında deyil".

Xəbər 1 dəfə oxunub.
Chosen
2
xezernews.az

1Sources