EN

Hindistanda soyuqdəyməyə qarşı preparatdan 24 uşaq ölüb

Bakı. Trend:

Hindistanda soyuqdəymə və qızdırmaya qarşı istifadə olunan“Coldrif” uşaq siropundan azı 24 azyaşlı zəhərlənərək həyatınıitirib.

Bu barədə Trendxarici KİV-ə istinadən xəbər verir.

İlkin araşdırmaya görə, zəhərlənməyə səbəb dərman preparatınıntərkibində olan propilenqlikol olub.

İstehsalçı “Sresan Pharmaceutical” şirkətinin üçüncüşirkətlərdən həmin xammalı qəbul edən zaman lazımı təftiş aparmayıbvə taralardakı möhürləri yoxlamayıb.

Sözügedən maddənin dietilenqlikol ilə çirkləndiyi güman edilir.Dietilenqlikol sənayedə tətbiq olunan toksik maddədir və bəzənqəsdən və ya səhvən daha bahalı propilenqlikolu əvəz etməkməqsədilə istifadə olunur. Bu toksin əvvəllər 2022–2023-cü illərdəAfrikada və Mərkəzi Asiyada 140-dan çox uşağın ölümünə səbəbolmuşdu.

Məqalədə:
Chosen
42
az.trend.az

1Sources