EN

Binəqədidə cərəyanı vurması nəticəsində 4 nəfər ölüb

Noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədişosesinin 4-cü kilometrliyində yerləşən "Lake Hotel"in işçiləri1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü EmilQuliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci iltəvəllüdlü Əkbər Zeynalovun qeyd olunan hotelin qarsısında iş görənzaman elektrik cərəyanı vurması nəticəsində ölüb

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumatyayıb.

Bildirilib ki, faktına görə Binəqədi rayon prokurorluğundaAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əməkmühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çoxşəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraqistintaq aparılır.

Chosen
40
33
az.trend.az

10Sources