EN

Meydandan çıxmaq istəməyən oyunçu ilə bağlı açıqlama - Özü belə istədi

BAKI, 21 noyabr. TELEQRAF

"Vüsal Məsimov özü köməkçi məşqçilərə bildirmişdi ki, əvəzlənmə olsun".

Teleqraf xəbər verir ki, bu sözləri“Karvan-Yevlax”ın baş məşqçisi Azər Həşimov Azərbayucan Premyer Liqasının XII turunda “Kəpəz”ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis matçın 26-cı dəqiqəsində Vüsal Məsimovun əvəzlənmək istəməməsinə səbəb olaraq bunu qeyd edib: “Araz-Naxçıvan”la ötən tur oyunda Vüsalın zədəsi vardı. Bu gün də meydanda özü köməkçi məşqçilərə bildirmişdi ki, əvəzlənmə olsun. Sonra dedi ki, normalam, məni dəyişməyin”.

HəŞimov həmin hadisədən bir neçə sonra Məsimovun texniki heyətə yaxınlaşaraq “mən çıxmayacam a” deməsinə isə belə aydınlıq gətirib: “İnanın ki, o sözü mənə demədi. Köməkçilərə demişdi ki, əvəzetmə istəyir. Yəni başqa hər hansı problem yoxdur”.

Chosen
39
teleqraf.com

1Sources