Teleqraf-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə hotel işçilərinin dəmir pilləkanı hotelin həyətinə aparan zamanı baş verib.
Belə ki, həmin vaxt dəmir pilləkən ordan keçən yüksək gərginlikli xəttə ilişib. Nəticədə elektrik cərayanı dörd nəfəri vuraraq öldürüb.
Məlumata görə, işçilər əlcəkdən istifadə etməyiblər.
Qeyd edək ki, hadisə zamanı 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalov həlak olub.
Faktla bağlı cinayət işi açılıb.



