EN

Rusiya Azərbaycanın Kiyevdəki səfirliyinin binasına dəyən ziyana görə təəssüfünü bildirib

Bakı. Trend:

Rusiya tərəfi Azərbaycanın Kiyevdəki səfirliyinin binasına dəyənziyana görə təəssüfünü bildirib.

Trend RusiyaXarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə bu günRusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin iləAzərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri RəhmanMustafayev arasında keçirilən görüş zamanı bildirilib.

“Söhbət zamanı qeyd olunub ki, 14 noyabr tarixində AzərbaycanınKiyevdəki diplomatik nümayəndəliyinin binalarına, əmlakına vəərazisinə vurulan zərərlə bağlı Azərbaycan tərəfinin müraciətiRusiya tərəfinin aidiyyəti qurumları tərəfindən diqqətləaraşdırılıb. Rusiya tərəfi baş verənlərlə bağlı səmimi təəssüfünüifadə edir”, – deyə Rusiya XİN-in məlumatında qeyd olunur.

Xatırladaq ki, 2025-ci il noyabrın 14-də Rusiya FederasiyasınınAzərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiriMixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinəçağırılıb.

Ukraynanın paytaxtı Kiyevə endirilən raket-bomba zərbəsinəticəsində 14 noyabr saat 01:00 radələrində “İskəndər” tipliraketlərdən birinin Azərbaycanın Kiyevdəki səfirliyinin ərazisinədüşməsi ilə bağlı kəskin etiraz ifadə olunub və səfirə müvafiq notatəqdim edilib.

Qeyd olunub ki, son partlayış nəticəsində səfirliyin ərazisiniəhatə edən hasarın bir hissəsi tamamilə dağılıb, konstruksiyalar,xidməti nəqliyyat vasitələri, inzibati bina və konsulluq şöbəsizədələnib, diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəyib.Xoşbəxtlikdən, hücum nəticəsində itki olmayıb.

Vurğulanıb ki, beynəlxalq hüququn norma və prinsiplərinə ziddolan bu kimi raket hücumları daha əvvəl də baş verib.

Məqalədə:
Chosen
6
1
az.trend.az

2Sources