EN

Qəhvəyi mərmər bağacığına qarşı 28 rayonda monitorinqlər aparılıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən respublika ərazisində qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri planlı şəkildə həyata keçirilir.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, cari ilin oktyabr ayının əvvəlindən etibarən aparılan monitorinq və mexaniki-kimyəvi mübarizə tədbirləri zərərvericinin yayılmasının qarşısını almağa yönəlib.

Belə ki, oktyabr ayından bugünədək 28 rayon, 203 kənd və 5 min 693 məntəqədə qışlama yerlərinin monitorinqi aparılıb. Monitorinq nəticəsində aşkarlanmış zərərvericilərə qarşı 12 rayon və 70 kəndi əhatə edən 1679 məntəqədə ümumilikdə 106 min 23 fərd üzrə mexaniki mübarizə tədbirləri görülüb.

Bundan əlavə, 6 rayon üzrə 79 kənddə və 1400 məntəqədə kimyəvi mübarizə tədbirləri də həyata keçirilib. AXA-nın əməkdaşları tərəfindən 23 min 980 nəqliyyat vasitəsində və 17 min 101 vaqonda dezinfeksiya işləri aparılıb.

Eyni zamanda, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində maarifləndirmə sahəsində də ciddi addımlar atılıb. Belə ki, 29 rayon və 202 kənddə ümumilikdə 10 min 624 vətəndaşın iştirakı ilə təlim və maarifləndirmə tədbirləri təşkil olunub.

Qeyd edək ki, bu tədbirlər zərərvericinin yayılmasının qarşısını almaq, kənd təsərrüfatına vurula biləcək ziyanı minimuma endirmək, əhalinin və fermerlərin maarifləndirilməsi məqsədi daşıyır.

Tədbirlərdə iştirak edən vətəndaşlara zərərverici ilə mübarizə üsulları barədə ətraflı məlumat verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
2
azertag.az

3Sources