Bakı. Trend:
Heydər Əliyev Fondunun və Azərbaycan Animasiya Assosiasiyasınıntəşkilatçılığı ilə noyabrın 21-də Lənkəran şəhər MədəniyyətMərkəzində “ANİMAFİLM Lənkəranda” festivalı keçirilib.
Trend xəbərverir ki, “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsindətəşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti,IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və AlenaƏliyeva iştirak ediblər.
Festivalda uşaqlara 8-ci ANİMAFİLM Beynəlxalq AnimasiyaFestivalında nümayiş olunmuş “Tarix”, “Həmişəyaşıl”, “Narqız”,“Pulun dili”, “Soyuz Qraviton” animasiya filmləri ilə yanaşı, yeni“Yer və Ay”, “Bum-bum” filmləri də təqdim edilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti LeylaƏliyevanın təşəbbüsü ilə keçirilən tədbir uşaqlara, onların təhsilivə inkişafına xüsusi diqqətlə yanaşı, həm də Azərbaycan animasiyasənətinin azyaşlılar arasında təbliği baxımından böyük əhəmiyyətdaşıyır.