EN

D-8 Media Forumunda strateji kommunikasiya və böhranın idarə olunması məsələləri müzakirə olunub

Bakı. Trend:

Noyabrın 21-də D-8 Media Forumu çərçivəsində “Stratejikommunikasiya və böhranın idarə olunması” mövzusunda ikinci panelsessiya təşkil edilib.

Trend xəbərverir ki, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvüŞəfəq Mehrəliyevanın moderatorluğu ilə keçirilən panel müzakirədəMalayziya Milli Xəbər Agentliyinin Kommersiya Departamentininrəhbəri Mastura Hassan, Nigeriyanın informasiya və milli istiqamətnazirinin tədqiqat və strategiya üzrə köməkçisi Saidu Ahmed,Pakistan Televiziyasının rəhbəri Adil Şahzeb, Türkiyə PrezidentiAdministrasiyasının Kommunikasiya İdarəsinin Strateji kommunikasiyavə böhran idarəetməsi departamentinin rəhbəri, dosent BoraBayraktar isə spiker qismində çıxış edərək dövlət qurumlarınınkommunikasiya strategiyalarının yenilənən informasiya mühiti iləuyğunlaşdırılması barədə fikirlərini bölüşüblər.

Panel sessiya zamanı iştirakçılar böhran vəziyyətlərindəoperativ, şəffaf və dəqiq məlumatlandırmanın ictimai etimadınqorunmasındakı rolunu vurğulayıblar. Müzakirələrdə rəsmi qurumlarınkommunikasiya fəaliyyətinin koordinasiyası, vahid informasiyaaxınının idarə olunması, sosial media platformalarında böhrankommunikasiya alətlərindən istifadə imkanları və informasiyarisklərinin qiymətləndirilməsi kimi məsələlər geniş şəkildə təhliledilib. Qeyd olunub ki, sürətlə dəyişən informasiya mühitişəraitində ictimaiyyətlə sistemli kommunikasiya strategiyasınınqurulması zəruridir, bu baxımdan üzv ölkələr arasında təcrübəmübadiləsi və birgə metodoloji çərçivələrin hazırlanması mühüməhəmiyyət daşıyır.

Proqram çərçivəsində media və kommunikasiya üzrə beynəlxalqekspert Tiffany J. Bell tərəfindən “Rəqəmsallaşan dünyada mediaetikası: Texnologiyalar, trendlər və narrativlər” mövzusundavörkşop keçirilib. Vörkşop zamanı media etikasının yeni texnolojireallıqlarda qarşılaşdığı çağırışlar, rəqəmsal platformalardaməsuliyyətli davranış qaydaları və innovativ kommunikasiyatendensiyaları haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71xarici nümayəndə olmaqla, ümumilikdə 150-ə yaxın qonaq iştirakedib.

Chosen
84
6
az.trend.az

7Sources