EN

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır - AYNA

Bakı. Trend:

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyəçıxarılır.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.

Bildirilib ki, AYNA sərnişindaşıma xidmətinin keyfiyyətininartırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü(Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Bakı–Zaqatala,Bakı–Cəlilabad, Bakı–Astara, Bakı–Lənkəran, Bakı–Xankəndi–Laçın,Bakı–İmişli, Bakı–Ağdaş, Bakı–Horadiz, Bakı–Sabirabad,Sumqayıt–Xankəndi–Laçın, Mingəçevir–Göyçay, Bərdə–Şəki,Gəncə–Qazax, Qazax–Gəncə şəhərlərarası, Uzuntala kəndi – Zaqatala,Urva kəndi – Qusar avtovağzalı istiqamətlərində, həmçininqanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutlarınımüsabiqəyə çıxarır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, NazirlərKabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqedilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkiledilir.

Sənədlər 20 dekabr 2025-ci saat 17:00-dək Azərbaycan YerüstüNəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5;əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75, e-poçt:[email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyatnəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Sınıq Körpü(Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Bakı–Zaqatala vəBakı–Cəlilabad istiqamətlərində 6 lot üzrə dekabrın 22-də;

Bakı–Astara, Bakı–Lənkəran, Bakı–Cəlilabad, Bakı–Xankəndi–Laçınvə Bakı–İmişli istiqamətlərində 6 lot üzrə dekabrın 24-də;

Bakı–Ağdaş, Bakı–Horadiz, Bakı–Sabirabad,Sumqayıt–Xankəndi–Laçın, Mingəçevir–Göyçay və Bərdə–Şəkiistiqamətlərində 6 lot üzrə dekabrın 30-da;

Gəncə–Qazax və Qazax–Gəncə istiqamətlərində 4 lot üzrə yanvarın13-də;

paytaxtın 57 nömrəli (Bakıxanov qəsəbəsi – C.Hacıəliyev küçəsi)və 76 nömrəli (Bakıxanov qəsəbəsi d/st. – "Neftçilər" m/st.)şəhərdaxili avtobus marşrutları üzrə 2 lotda yanvarın 13-də;

78 nömrəli (Bakıxanov qəsəbəsi, d/st. – Azər Manafov küçəsi),139 nömrəli ("Koroğlu" NMM – Savalan yaşayış massivi), 189 nömrəli("Koroğlu" NMM – Nardaran qəsəbəsi) şəhərətrafı və 500 nömrəli(Sumqayıt şəhəri - Bakı şəhəri) şəhərlərarası avtobus marşrutlarıüzrə, eləcə də Uzuntala kəndi – Zaqatala və Urva kəndi – Qusaravtovağzalı istiqamətlərində 6 lot üzrə yanvarın 16-dabaxılacaq.

Qeyd edək ki, Sumqayı–Xankəndi–Laçın müntəzəm şəhərlərarasımarşrut xətlərinin tam fəaliyyəti Şuşa şəhərindən Laçın rayonunaqədər olan yol infrastrukturunun vəziyyəti və hava şəraiti nəzərəalınmaqla tənzimlənəcək.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradanəldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələliqaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılmasıdır.

Məqalədə:
Chosen
35
12
az.trend.az

10Sources