EN

"Titanik" filmi canlı orkestrin müşayiəti ilə təqdim ediləcək

Ceyms Kameronın 11 "Oskar"lı "Titanik" filmifevralın 7-də İstanbulda canlı orkestrin müşayiəti ilə təqdim olunacaq.

Kulis.az xəbər verir ki, nəhəng ekranda nümayiş ediləcək filmdən Ceyms Hornerin məşhur musiqiləri 130 nəfərlik İstanbul Film Orkestri, Sirene Xoru və Kelt musiqiçiləri tərəfindən səsləndiriləcək.

Tarixin ən çox satılan orkestral saundtreki olan "Titanik" musiqisi 30 milyondan çox satışla qlobal fenomenə çevrilib.

Qeyd edək ki, "Titanic Live" tədbiri ilk dəfə Türkiyədə keçirilir.

Chosen
34
kulis.az

1Sources