Beynəlxalq SAF 2025 STEAM Festivalı bu il özünün 5 illiyini qeyd edib. Yubiley ilində Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən bu möhtəşəm festivalda Abşeron–Xızı Regional Təhsil İdarəsinin komandaları yüksək nailiyyət ədə ediblər.
Yubiley illinin 5 qızıl medalla tamamlanması abşeronlu şagird və mentorların yaradıcı potensialını, hazırlıq səviyyəsini və STEAM sahəsində davamlı inkişafı nümayiş etdirir. Sumqayıt şəhər İstedad Liseyinin STEAM Mərkəzi festivalda müvəffəqiyyətlə çıxış edərək 9 nominasiya üzrə qalib olub. Komandalar ümumilikdə 1 qızıl, 4 gümüş, 2 bürünc medal və 1 jüri mükafatı qazanıblar.
Qalib komandaların tərkibində Sumqayıt şəhər İstedad Liseyi ilə yanaşı, Sumqayıt şəhər 27, 15, 12, 1 nömrəli tam orta ümumtəhsil məktəblərinin, eləcə də “Təfəkkür” liseyinin şagirdləri əməkdaşlıq edərək çıxış ediblər. Bu əməkdaşlıq həm komanda işinin effektivliyini, həm də STEAM istiqamətində məktəblərarası birliyin uğurlu nəticələr verdiyini göstərir.
Xırdalan şəhər 3 nömrəli məktəb-liseyin STEAM Mərkəzinin komandaları da SAF-2025-də uğurla çıxış ediblər. Xırdalan şəhər 3 nömrəli məktəb-liseyin STEAM Mərkəzi bu il keçirilən festivala 7 komanda ilə qatılıb. Komandalar yüksək nəticə göstərərək 1 qızıl və 3 bürünc medal qazanıblar.
Bundan əlavə, mərkəzin daha 3 komandası müxtəlif nominasiyalar üzrə təltif olunub.
Saray qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbi də STEAM Festivalında uğurlu nəticə göstərib. Məktəbin komandaları ümumilikdə 2 qızıl, 1 gümüş, 6 bürünc medal qazanıb. Bununla yanaşı, daha 3 komanda “Award” nominasiyası üzrə mükafatlandırılıb.