Rio Ferdinand və Sadio Mane arasında Van Dayk müzakirəsi — maraqlı dialoq gündəm oldu. 

Offsideplus.az xəbər verir ki, futbol dünyasının tanınmış simaları arasında səmimi dialoq sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Rio Ferdinand bildirib: “Van Dayk hazırda dünyanın ən yaxşı müdafiəçisidir, qəti şəkildə.”

Bunun ardından Mane zarafatla Ferdinandın sözünü kəsib və deyib: “Səndən sonra. Əvvəl sən varsan, sonra Van Dayk. Bunu sən də bilirsən, mən də. Heç bir müzakirə yoxdur.”

Bu dialoq futbolsevərlər tərəfindən geniş şəkildə paylaşılıb və sosial mediada maraqlı reaksiyalara səbəb olub.