EN

Tramp tezliklə Maduro ilə danışacaq

ABŞ prezidenti Donald Tramp tezliklə Venesuela prezidenti Nikolas Maduro ilə tezliklə danışıqlar aparmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, Tramp bunu Fox News radiosuna verdiyi müsahibədə deyib.

Bundan əvvəl Maduro ABŞ ilə danışıqlara hazır olduğunu bildirmişdi. "Onunla çox da uzaq olmayan gələcəkdə danışacağam. Ona nə deyəcəyimi açıqlaya bilmərəm, amma ona çox konkret bir şey deyəcəyəm".

17 noyabrda Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp Venesuelada quru hərbi əməliyyatının mümkünlüyünü istisna etməyib. Növbəti gün Amerika lideri Venesuela rəhbərliyinin Vaşinqtonla danışıqlara başlamaq istədiyini və özünün də bu ideyaya açıq olduğunu bildirib.

 

Musavat.com

Chosen
55
50
musavat.com

10Sources