EN

Ukraynalı deputat: "Müharibəni Kiyevin kapitulyasiyası yolu ilə dayandırmaq olmaz"

"Bizə sülh mümkün olduğu qədər tez lazımdır, buna görə də təqdim edilmiş təklifi alqışlayıram".

Far.Az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko ABŞ Prezidenti Donald Trampın sülh planını (ABŞ-nin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı təklifləri) "Baku TV"yə şərh edərkən deyib.

Onun sözlərinə görə, təklif edilmiş bəndlərin heç də hamısı Ukraynanı qane etmir:

"Bizim üçün qəbuledilməz bəndlər var. Amma bu, aparılmalı olan danışıqların və diplomatiyaın məsələsidir. Ümumiyyətlə, Ukraynanın planı, şübhəsiz ki, döyüş əməliyyatlarının ən qısa zamanda başa çatdırılmasıdır. Müharibə dayandırılmalıdır. Lakin onu, əlbəttə ki, Ukraynanın kapitulyasiyası yolu ilə dayandırmaq olmaz. Ukrayna buna layiq deyil. Rusiya öz məqsədlərinə nail ola bilmədi".

Ətraflı videoda:

Chosen
24
far.az

1Sources