Yanğın yaşayış binasının elektrik şaxtasında baş verib.Metbuat.az xəbər verir ki, bu barədə FHN-in məlumatında qeyd edilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.Mənzillər yanğından mühafizə olunub.