EN

Hindistanın ən böyük şirkəti Rusiya neftindən imtina etdi

BAKI, 22 noyabr. TELEQRAF

Hindistanın ən böyük rus nefti alıcısı olan "Reliance Industries" şirkəti 20 noyabrdan etibarən Cəmnaqar neft emalı zavoduna Rusiya neftinin tədarükünü dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" yazır.

Məlumata görə, qərar ABŞ-nin əsas rus neft ixracatçılarına qarşı tətbiq etdiyi yeni sanksiyaların qüvvəyə minməsindən əvvəl verilib.

Bundan əvvəl Rusiyanın Hindistandakı səfiri Denis Alipov bildirmişdi ki, rəsmi Moskva Hindistana neft tədarükündə hələ də birinci yerdə qalır.

Chosen
59
teleqraf.com

1Sources