EN

Yanğında jurnalist də zərər çəkdi: Binamızı LOFT restoranının yiyəsi yandırdı! VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

"1001 hoqqadan, məhkəmələrə və müvafiq orqanlara kisələrlə pul paylamaqdan (özü deyib, böhtan atmıram), məhkəmə hakiminin yanında “bizdə variantlar çoxdur, məhkəmə zad "hərləmirik“ deyən LOFT restoranının yiyəsi binamızı yandırdı".

Avtosfer.az xəbər verir ki, bunu tanınmış jurnalist Heydər Mirzə özünün sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, adıçəkilən restoranla sakinlər arasında Yasamal məhkəməsində çəkişmə olub. Məhkəmə LOFT-un lehinə qərar çıxarıb: "İki dəfə İTV gəldi çəkdi. Bir dəfə başqa kanal. İctimailəşdirdik. Apelyasiyaya hazırlaşırdıq. Çi fayda?

Ölənlər var. Çoxlu sayda yaralananlar var. Obyektin yiyəsi yoxdur, yarımştat şilləvuranı da gizlənib polislərin arxasında.

AzTV gəlib. Sakinlərdən müsahibə götürür. Sual verir: “Binada neçə mərtəbə var?” Çox vacib sualdır axı! Həyatı məna daşıyır axı! Mənim cəsarətim çatdı cavabını verməyə “binada neçə mərtəbə var?” sualına. Görüm AzTV-ninki çatacaqmı o müsahibəni verməyə?!

O dünyadan qayıtdıq. Alov görmədim. Amma tüstüdə, işıqsız koridorda nə yaşadıq…"

H.Mirzə bildirib ki, özü də salamatdır, ev heyvanları da: "FHN və polislər camaatı boğula-boğula çıxartdılar. Sağ olun uşaqlar. Qəhrəmansınız!

Bir də "təmkinli ol" yazanlara: Təmkinli olduq. Qarajımızın yarısını qanunsuz özününküləşdirəndə təmkinli olduq, evimizim altını bazlıqxana edəndə təmkinli olduq, məhkəmədə təmkinli olduq, və s. və i.a. Mənim nə atam oliqarx deyil, nə də ki, anam şou-biznes ulduzu deyil. Müəllim balasıyam, jurnalistəm. Rəsmən də ayın birindən işsizəm. Olanım - atamın aldığı bu ev idi. İndi nə olacaq biımirəm…"(afn.az)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
1
avtosfer.az

2Sources