EN

Fransa Azərbaycandan neft alışını 3 dəfədən çox artırıb

Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Fransaya cəmi 281 min ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Fransaya ixrac edilmiş neftin dəyəri isə 143 milyon dollar olub.

Son bir il ərzində ixracın həcmində 191,3 min ton (3,1 dəfə), dəyərində isə 86 milyon dollar (2,5 dəfə) artım baş verib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan Fransaya 57,1 milyon dollar dəyərində 89,7 min ton neft ixrac etmişdi.

Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Fransaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 865 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 217 manat (20%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1082 manata bərabər olub.

Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Fransa 2025-ci ildə 12-ci, 2024-cü ildə isə 21-ci yerdə olub.

Chosen
59
2
fed.az

5Sources