EN

Türkiyədən Zəngəzur açıqlaması: Bunu etməyə məcburuq

BAKI, 22 noyabr. TELEQRAF

“Qafqazdakı qardaşlarımızla (Azərbaycan) əlaqələrimiz kəsilmişdi. Nəhayət, 90-cı illərin əvvəllərində onlar müstəqilliklərini qazandılar və əlaqələrimiz inkişaf etməyə başladı”.

Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.

“Hələ yolun başlanğıcıdır, gedəcək çox yolumuz var. Bugünkü 1,1 trilyon dollarlıq ÜDM və xarici ticarətimizin yalnız 70 milyardını öz aramızda həyata keçiririk. Əlaqələrimizi və birgə iş bacarığımızı daha da artırmaq məcburiyyətindəyik. Türk dünyasını inkişaf etdirəcək ən vacib məsələ Orta Dəhliz və Zəngəzur dəhlizidir. Tam fəaliyyətə başlayanda, türk dünyasının zənginlikləri və resursları yenidən türk dünyasının insanlarına aid olacaq. Bunun üçün Özbəkistanda çox intensiv işlər aparılır”, - o bildirib.

Chosen
54
teleqraf.com

1Sources