Bakı. Trend:
Mütləq Döyüşçü Çempionatının (UFC) sabiq çempionu, əlbəyaxadöyüş sənətləri ustası Həbib Nurməhəmmədovun papaqları “Telegram”dahərraca çıxarılacaq.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu “Telegram” messencerinin təsisçisiPavel Durov elan edib.
Hərracın bu gün Bakı vaxtı ilə 21:00 keçiriləcəyibildirilir.
“Həbibin əfsanəvi papaqları – adət-ənənə, azadlıq və hörmətisimvolizə edən kolleksiya predmetləri “Telegram”da hərracaçıxarılacaq”, - deyə Durov yazıb.
Qeyd edək ki, Həbib UFC-də son döyüşünü 2020-ci ilin payızındakeçirib. O, Castin Qeyciyə qalib gəlib və peşəkar idman karyerasınıbaşa vurub. Döyüşçü 2018-ci ildə yüngül çəki kateqoriyasındaİrlandiyalı Konor MakQreqora qalib gəlməklə UFC çempionu kəməriniqazanmışdı.