EN

Həbib Nurməhəmmədovun papaqları satışa çıxarılacaq

Mütləq Döyüşçü Çempionatının (UFC) sabiq çempionu, əlbəyaxa döyüş sənətləri ustası Həbib Nurməhəmmədovun papaqları “Telegram”da hərraca çıxarılacaq.

Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Telegram” messencerinin təsisçisi Pavel Durov elan edib.

Hərracın bu gün Bakı vaxtı ilə 21:00 keçiriləcəyi bildirilir.  
“Həbibin əfsanəvi papaqları – adət-ənənə, azadlıq və hörməti simvolizə edən kolleksiya predmetləri “Telegram”da hərraca çıxarılacaq”, - deyə Durov yazıb.

Qeyd edək ki, Həbib UFC-də son döyüşünü 2020-ci ilin payızında keçirib. O, Castin Qeyciyə qalib gəlib və peşəkar idman karyerasını başa vurub. Döyüşçü 2018-ci ildə yüngül çəki kateqoriyasında irlandiyalı Konor MakQreqora qalib gəlməklə UFC çempionu kəmərini qazanmışdı.

Chosen
36
8
xezerxeber.az

9Sources