EN

Premyer Liqa: Turan Tovuz Araz Naxçıvan la heç heçə edib

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

"Araz-Naxçıvan"ın heyətində Ba-Muaka Simakala 29-cu dəqiqədə fərqlənib. Qonaqlardan Ayxan Hüseynov 78-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran Tovuz klubu hələlik ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 20 xalla altıncıdır.

Günün ikinci oyununda "Qəbələ" səfərdə "Zirə" ilə üz-üzə gələcək.

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
50
2
cebheinfo.az

10Sources