EN

Azərbaycan Prezident İlham Əliyevin liderlik modeli ilə hər bir çətinliyi aşmağı bacardı – ŞƏRH

Bakı. Trend:

Müasir beynəlxalq münasibətlər sistemində ağır geosiyasisınaqların mərkəzində dayanan Ukraynada baş verənlər bu günbütövlükdə dünya nizamı üçün təhlükəsizlik arxitekturasının nəqədər kövrək olduğunu göstərir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəylideyib.

Millət vəkili bildirib ki, bu faciənin kökündə isə təkcəregional güclərin maraqlarının toqquşması yox, həm də dövlətidarəçiliyi və siyasi liderlik səviyyəsində buraxılmış stratejiboşluqlar dayanır:

“Ukraynanın yaşadığı böhran beynəlxalq hüququn selektiv tətbiqi,qlobal güc mərkəzlərinin ikili standartları və ən əsası, dövlətinmilli maraqlarını qətiyyətlə müdafiə edə bilən liderliyinolmamasının acı nəticələrini ortaya qoyur. Bu reallıqdan çıxışedərək hər bir ölkə üçün liderlik, təhlükəsizlik və stratejidüşüncə amillərinin həyati önəm daşıdığı daha aydın görünür.Azərbaycanın son illərdə keçdiyi yol, məhz bu kontekstdə xüsusidiqqət kəsb edir”.

Deputat vurğulyıb ki, Azərbaycanın 30 ilə yaxın müddətdəişğal altında qalmış torpaqları ilə bağlı mövqeyi beynəlxalq hüquqatam uyğun idi:

“Rəsmi Bakı daim qəbul edilmiş BMT qətnamələrinin icrasını tələbedir, haqlı mövqeyini beynəlxalq tribunalarda səsləndirirdi. Lakinözlərini demokratiya, insan hüquqları və beynəlxalq təhlükəsizliksisteminin qarantı adlandıran qüvvələr sanki bu səsi eşitməkistəmirdilər. Status-kvonun qorunması üçün müxtəlif siyasi,diplomatik və informasiya mexanizmləri işə salınır, Ermənistanınişğalçı siyasəti faktiki olaraq legitimləşdirilməyə cəhd edilirdi.Bu, təkcə ədalətsizlik deyil, həm də beynəlxalq sistemin selektivyanaşmasının növbəti sübutu idi. Belə bir şəraitdə Azərbaycanınqarşısında yalnız bir yol qalırdı: prinsipial, ardıcıl, məqsədyönlüvə qətiyyətli siyasət xətti yorulmadan davam etdirmək”.

Parlamentarinin sözlərinə görə, Prezident İlham Əliyev2003-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin strateji siyasixəttini davam etdirərək mürəkkəb və ədalətsiz geosiyasi mühitdəAzərbaycanı gücləndirmək, dövlətin siyasi, hərbi və iqtisadipotensialını yüksəltmək üçün sistemli, dərin strateji baxışaəsaslanan siyasət yürütməyə başladı. Bu siyasətin əsasxüsusiyyətləri bir neçə mühüm amil təşkil edirdi:

  • Birinci amil atılan bütün addımların məqsədyönlü xarakterdaşıması idi. Azərbaycanın milli güc potensialı ardıcıl olaraqartırılır, ordu quruculuğu, diplomatik fəaliyyət, iqtisadimodernizasiya paralel aparılırdı.
  • Digər önəmli faktor prinsipiallıqdır. Prezident İlham Əliyevişğalla barışmayan ölkə rəhbəri kimi daim bəyan edirdi ki,Azərbaycan heç vaxt torpaqlarının Ermənistan tərəfindən təklifedilən “daimi status-kvo”ya qurban verilməsinə imkanverməyəcək.
  • Başqa bir önəmli faktor praqmatiklikdir. Prezident İlham Əliyevbeynəlxalq münasibətlərdə balanslaşdırılmış, lakin suverenliyəxələl gətirməyən siyasət yürüdür, böyük güclər arasında tarazlıqyaradır, amma ölkənin milli maraqların qorunması prinsipi dəyişməzqalırdı.
  • Mühüm əhəmiyyət kəsb edən amillərdən biri də şübhəsiz ki,qətiyyətdir. Azərbaycan liderinin qətiyyətli mövqeyi nəticəsindəölkəmizin haqlı tələblərini inkar etmək günbəgün mümkünsüzləşir,Ermənistanın havadarlarının status-kvonu rəsmiləşdirmək cəhdləritükənir və nəticədə bütün bu yanaşmalar iflasa uğrayırdı. Buliderlik modeli klassik siyasi nəzəriyyələrdə təsvir olunan“strateji dövlət rəhbəri” tipinə tam uyğundur - öz xalqınınmaraqlarını hər şeydən üstün tutan, emosiyadan deyil, hesablanmışqərarlardan çıxış edən, lakin lazım olan anda maksimal iradə ortayaqoyan lider.

E.Mirzəbəyli əlavə edib ki, 2020-ci il Vətən müharibəsi vəondan sonrakı antiterror tədbirləri Azərbaycanın milli gücününzirvəsi oldu. Azərbaycan heç kimdən yardım almadan, xarici hərbiqüvvələrə söykənmədən, yalnız öz iqtisadi, hərbi, diplomatik vəsiyasi gücünə arxalanaraq ərazi bütövlüyü və suverenliyini bərpaetdi.

“Bu, postsovet məkanında analoqu olmayan fenomendir. Azərbaycannəinki işğala son qoydu, həm də regionda yeni geosiyasi reallıqyaratdı. Əslində bu nəticə təkcə hərbi qələbə deyil, liderliyingücü, strateji düşüncə, xalqa arxalanan dövlət iradəsininqələbəsidir.

Bu gün Ukraynanın yaşadığı faciənin əsas səbəblərindən biri dəməhz güclü strateji liderliyin olmamasıdır. Nəticədə Ukraynanıntəhlükəsizlik konsepsiyası parçalanıb, siyasi hakimiyyət daxilindəvahid strateji xətt sıradan çıxıb və yaxud ümumiyyətlə olmayıb,xarici qüvvələrin təsiri isə daxili siyasəti müəyyənləşdirənbaşlıca amilə çevrilib. Belə olan halda ölkə nə diplomatikmüstəvidə vahid mövqeyini qoruya bilib, nə də milli güc amillərinizamanında ortaya qoymağı bacarıb. Bunun nəticəsi isə ağır geosiyasifəlakət olub.

Azərbaycan nümunəsi göstərir ki, güclü liderlik millətin vədövlətin təhlükəsizliyinin əsas təminatçısıdır. Gerçək liderinstrateji baxışı dövlətin gələcəyini müəyyən edir. Prinsipiallıq vəqətiyyət beynəlxalq aləmdə hörmət və nəticə qazandırır, ədalət isəyalnız güclə təmin olunur.

Azərbaycanın son illərdə qazandığı tarixi uğurlar, dövlətinregional və qlobal miqyasda artan rolu, ən əsası isə 30 ildən sonraədalətin bərpa olunması bir həqiqəti sübut edir: Güclü, xarizmatik,geniş dünyagörüşünə malik, strateji baxışlı və vətənpərvər liderdövlətin ən böyük sərvətidir. Prezident İlham Əliyevin rəhbərliyialtında Azərbaycan məhz belə bir liderlik modeli ilə hər birçətinliyi yenməyi bacardı, tarixə öz gücü, öz iradəsi ilə yazılanzəfərin müəllifi oldu. Bu gün bir çox dövlətlər, o cümlədənUkraynanın yaşadığı faciələr onu göstərir ki, liderlik boşluğubəzən ordudan, iqtisadiyyatdan, hətta beynəlxalq dəstəkdən dəqat-qat təhlükəlidir. Azərbaycan isə yüksək liderlik keyfiyyətləri,xalq-dövlət birliyi və strateji iradə sayəsində öz taleyini özüyazan dövlətə çevrilib”, - deyə o fikirlərini yekunlaşdırıb.

Chosen
38
1
az.trend.az

2Sources