EN

ChatGPT istifadəçilərin yaşını yoxlamağa BAŞLADI Pasport tələb edir…

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

ChatGPT istifadəçinin 18 yaşdan kiçik olduğundan şübhələndikdə şəxsiyyət təsdiqini pasport vasitəsilə tələb etməyə başlayıb.Bizim.Media xəbər verir ki, bu barədə “Habr” portalı məlumat verir.Yoxlamadan keçənə qədər sistem “böyüklər üçün” kimi işarələnmiş mövzulara çıxışı məhdudlaşdırır. Bəzi hallarda bu tələb hətta yetkin istifadəçilərdə də ortaya çıxır.OpenAI təsdiqləyib ki, bu funksiya tədricən tətbiq olunur və hazırda əsasən ingilisdilli regionlarda sınaqdan keçirilir. Şirkətin açıqlamasına görə, yeniliyin məqsədi yaş məhdudiyyətlərinə əməl olunması və yetkinlik yaşına çatmayanların potensial arzuolunmaz kontentdən qorunmasının gücləndirilməsidir.Şirkət vurğulayır ki, pasport məlumatlarının işlənməsi təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir: informasiya şifrələnmiş formada ötürülür və yalnız yaşın təsdiqi üçün istifadə

olunur, açıq şəkildə sənədlərin saxlanılması üçün deyil.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
3
bizim.media

6Sources