EN

Elmar Baxşıyev: “Bizi nəyin gözlədiyini bilirdik”

“Mübarizəli oyuna şahidlik etdik. Hər iki komanda yaxşı iş ortaya qoydu”.

İdman.Biz bildirir ki, bu sözləri Misli Premyer Liqasının növbəti turunda “Turan Tovuz”la oyundan sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

“Bəzi anlarda oyuna diktə edən tərəf biz idik. “Turan Tovuz”u da vurğulamaq lazımdır. Təzyiq göstərəndən sonra epizodlar yaratdılar. Bizi nəyin gözlədiyini bilirdik. “Turan Tovuz” ağır komandadır. Düşünürəm ki, bu gün hər iki komanda 1 xal qazandı.

Komandaya hesabı qorumağı tapşırmamışdıq. Futbolçular hesabda öndə olanda psixoloji olaraq daha çox müdafiəyə diqqət yetirirlər. Hücuma da çıxırdıq. Aqressivlik var idi. Sadəcə epizodları düzgün dəyərləndirə bilmirdik. Rəqib ikinci hissədə əvəzetmələrdən sonra oyunu dəyişməyi bacardı. Bu gün iki komanda da yaxşı oynadı”, - baş məşqçi bildirib.

İdman.Biz

Chosen
35
idman.biz

1Sources