EN

Yeni Klinika Əhməd Orucun vəfatı ilə bağlı MƏLUMAT YAYDI

Əhməd Oruc 19.11.2025-ci il tarixində saat 17:00 radələrində ağır vəziyyətdə Yeni Klinikaya hospitalizasiya olunub.

Bu barədə KONKRET.az-a Yeni Klinikadan bildirilib.

“Ona soltərəfli böyük işemik insult, aspirasion pnevmoniya, ağır dərəcəli tənəffüs çatışmazlığı və kəskin böyrək zədələnməsi diaqnozları təyin olunub və tibbi xidmətlər göstərilib.

Həkim-reanimatoloqlar tərəfindən bütün zəruri reanimasiya tədbirləri görülməsinə baxmayaraq, xəstənin vəziyyətinin ağırlığı səbəbindən həyatını xilas etmək mümkün olmayıb. Onun 22.11.2025-ci il tarixində saat 14:50 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Allah rəhmət eləsin!”, – məlumatda deyilir.

Chosen
27
3
konkret.az

4Sources