EN

Avropa ölkələri ABŞ ın sülh planında 4 dəyişiklik tələb edir

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropanın aparıcı dövlətlərinin liderləri hesab edirlər ki, ABŞ-ın Ukrayna ilə bağlı sülh planının ən azı dörd bəndi dəyişiklik tələb edir.

Axar.az xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, onlar Rusiyanın Krım, Donbas və digər ərazilər üzərində suverenliyinin tanınması təkliflərindən narazıdırlar.

Bundan başqa, liderlər Ukrayna ordusunun mümkün ixtisarını, təhlükəsizlik təminatlarını və dondurulmuş Rusiya aktivlərinin istifadəsini problemli hesab edir, hətta bunları ABŞ-la müzakirə etmək niyyətindədirlər.

“Bild” əlavə olaraq vurğulayıb ki, aktivlərlə bağlı ABŞ-ın təklifləri Almaniya kansleri Fridrix Merzdə xüsusi narazılıq yaradıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
51
1
axar.az

10Sources