EN

Azərbaycan Prezidentinin simasında regional və qlobal dünya böyük sərkərdə gördü

"Əslində münaqişələrin həll olunması ayrıca bir fəaliyyət sahəsidir. Dünyada bunun bir çox nümunəsi var. Biz buna 19-cu əsrin klassik sərkərdəlik dönəmində rast gəlirdik. Bu dövlətləşmədən bir az qabaq idi".

Bu fikirləri Əziz Əlibəyli Far.Az-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, 21-ci əsrdə onun təzahürünü göstərən liderə çox nadir halda rast gəlinir.

"Tarix bunu Azərbaycan Prezidentinin simasında regional və qlobal dünyada göstərmiş oldu. Çünki cənab Prezident ilk növbədə təhlükəsizlik arxetekturasına Azərbaycanın özünü inşa etməsini reallaşdırdı. Bunun üçün güclü təhlükəsizlik şəraiti qurdu. Azərbaycanın milli maraqlarını ifadə edən regional və təhlükəsizlik konstruksiyalarını inşa etdi. Daha sonra Azərbaycan xalqını dövlətçilik ətrafında illər uzunu apardığı siyasətlə möhkəm birləşdirdi. Şübhə yoxdur ki, dünyada beynəlxalq hüququn da, beynəlxalq nizamın da öldüyü bir dönəmdə BMT qətnamələrini 30 ildən artıq müddətdə gözləyə-gözləyə əməl olunmaması, Azərbaycan həqiqətlərini bir müddət sonra icrasını gündəmə gətirdi. Bu sosial vıtındaş sifarişini prezident tərəfindən qəbul edilməsi və icra olunması tarixi xidmət oldu.

Əslində ermənilərin arxasında qlobal güclər dayanırdı. Cənab Prezident təkcə müharibədə deyil, həm də ermənilərə dəstək olan qlobal güclər üzərində qələbə çaldı. Ölkənin iqtisadi platformalarda, siyasi meydanlarda böyük uğur qazanması üçün addımlar atdı".

Chosen
29
far.az

1Sources