EN

Vaşinqton Kiyevi HƏDƏLƏDİ

Birləşmiş Ştatlar Ukraynanı ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh sazişi ilə razılaşmağa məcbur etmək üçün “təhdidlərdən istifadə edir”.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

"Amerikalı rəsmilər NATO müttəfiqlərinə bildiriblər ki, onlar prezident Volodimir Zelenskini yaxın günlərdə sülh sazişi imzalamağa vadar etməyi gözləyirlər. Əks halda, əgər Kiyev bu sazişi imzalamasa, gələcəkdə onu daha da pis bir razılaşma gözləyir", - məqalədə deyilir.

Bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciət edərək bəyan edib ki, Ukrayna çətin seçim qarşısındadır: ləyaqətini itirmək və ya əsas tərəfdaşını itirmək.

Chosen
52
10
publika.az

10Sources