EN

Cenevrədə keçirilən COP11-də Azərbaycanda tütünçəkmə ilə mübarizə istiqamətində görülən işlərdən danışılıb

İsveçrənin Cenevrə şəhərində Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası Tərəfləri Konfransının 11-ci sessiyası (COP11) keçirilib. Konfransın işində Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında daimi nümayəndəliyi təmsil olunub, həmçinin Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) baş direktoru Səbinə Babazadə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Teymur Teymurov və İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev iştirak ediblər.

Bu barədə XQ-ə Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, 11-ci sessiyada tütünlə mübarizə sahəsinə aid bir sıra aktual mövzuların geniş müzakirəsi aparılıb. İSİM-in direktoru Səbinə Babazadə ümumi müzakirələr zamanı ölkəmizdə tütünçəkmə ilə mübarizə istiqamətində görülən işlər barədə məlumat verib.

Konfrans çərçivəsində Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının həyata keçirilməsinə dair qlobal irəliləyişin xülasəsi təqdim olunub.

Chosen
21
3
xalqqazeti.az

4Sources