Azərbaycan Türkiyə və Avstraliyanı COP31-in tərəfdaşlıq şəklində təşkili üçün razılığa gəldiklərinə görə təbrik edib.BUTA.TV xəbər verir ki, bu barədə "COP29 Azərbaycan" X hesabında paylaşım edib. Qeyd olunub ki, Azərbaycanın xarici işlər nazirinin müavini, baş danışıqçı Yalçın Rəfiyev Braziliya səfiri Maurisio Lyrio ilə birlikdə bu danışıqlarda vasitəçilik etməkdən şərəf duyub: "Bu innovativ yanaşmaya razılıq verdikləri üçün iştirak edən hər kəsə və bütün Tərəflərə təşəkkür edirik. Həmçinin Efiopiyanı COP32-yə ev sahibliyi edən kimi səmimi qəlbdən salamlayırıq. Azərbaycan hər kəsin COP31 və COP32-də uğur qazanmağa davam etməsi üçün tam dəstəyimizi təqdim etməyə hazırdır".