"Zirə" Misli Premyer Liqasının XII turunda "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov görüşdən sonra mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib:

"İlk hissədə oyunumuz daha yaxşı alındı. Rəqibimiz liqanın ən çox hücum edən komandasıdır. Oyunun sonlarında rəqibə çoxlu cərimə zərbə şansları verdik. Məni ən çox narahat edən məqam bu oldu. Bu oyun da göstərdi ki, çempionat nə səviyyədədir. Bütün oyunlar əzmkar mübarizə şəraitində keçir".

O, görüşün hakimi barədə də fikirlərini bildirib: 

"VAR-ın olmağı hakimləri rahatlaşdırır. Çətin epizodlar idi. Hakimin 1 və 2-ci penaltilərdə epizodu görmək şansı yox idi. 3-cü epizodda isə biz də elə bildik, əlinə deyib. Sonra Enrikenin reaksiyasından başa düşdük ki, penalti yoxdur. Elvin gənc hakimdir. Bugünkü oyunun nəticəsinə təsir edəcək heç bir səhv etmədi".