EN

"Cənab Kaxanın yaratdığı futbola heyrətlənirəm" - Rəşad Sadıqov

Misli premyer-liqasının 12-ci turunda “Zirə” “Qəbələ”yə qalib gəldi - 1:0.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov media önünə çıxıb.

⁃ Dinamik və sürətli oyun oldu. Rəqibimizin bütün oyunları təqdirəlayiqdi. Ən çox epizodları olan komandalardandı. Rəqibə demək olar ki, qol epizodu vermədik. İkinci hissədə 2-ci qolu vura bilməməyimiz bizə çətinlik yaratdı. Çoxsaylı qayda pozuntuları etdik. Bütün rəqiblərimiz güclüdü. Heç bir komanda rahatlıqla təmsil olunmur. Altı gün sonra “Kəpəz”lə oyuna köklənəcəyik.

⁃ VAR olmasa, hakimlik necə olar?
⁃ VAR olanda hakim də rahat olur. Çətin epizodlar idi. Görmək şansı yox idi. Elvin bəy gənc hakimimizdi. Çalışdıq ki, ona təzyiq etməyək.

⁃ Matçın qırılma anı “Qəbələ”nin qaçırdığı penalti idi demək olar?
⁃ Ola bilər. Biz də qol buraxsaydıq, hər şey fərqli ola bilərdi. 30-35-ci dəqiqədə olan epizoda qırılma anı demək olmaz. Cənab Kaxanın yaratdığı futbola heyrətlənirəm.

- Rotasiyanın olması həm də ona görə təxmin edilir ki, Yevlaxdakı stadion süni örtükdü…
⁃ Planlaşdırmırıq. Bizdə “onbirlik” deyə bir şey yoxdu. Bizdə çempionat həmişə prioritet olub. Bütün fikrimiz “Kəpəz”lə oyundadı.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
25
football-plus.az

1Sources