İngiltərə Premyer Liqasının 12-ci turunda “Vulverhempton” və “Kristal Palas” qarşılaşıblar.
İdman.Biz xəbər verir ki, oyunda “Kristal Palas” 2:0 hesabı ilə qalib gəlib.
63-cü dəqiqədə Daniel Munyos hesabı açıb, 69-cu dəqiqədə isə Yeremi Pino komandanın üstünlüyünü ikiqat artırıb.
Bu oyundan sonra “Vulverhempton” İngiltərənin yüksək liqasının turnir cədvəlində iki xalla 20-ci, “Kristal Palas” isə 20 xalla dördüncü yerdədir.