Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, hadisə şəhərin Nizami küçəsində baş verib.
Belə ki, 2008-ci il təvəllüdlü şəhər sakini Sarıyev Elman Etibar oğlu kəsilmiş deşilmiş bıçaq xəsarətləri alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 17 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.