EN

“Bayer” səfərdə “Volfsburq”u məğlub etdi

Almaniya Bundesliqasının XI turunda “Volfsburq” öz meydanında “Bayer”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Volkswagen Arena”da keçirilən matç Leverkuzen klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqlar oyuna sürətli başlayıblar. Artıq 9-cu dəqiqədə Yonas Hoffman hesabı açıb. 24-cü dəqiqədə Edmon Tapsoba fərqi iki topa yüksəldib. 33-cü dəqiqədə Malik Tillman “Bayer”in üçüncü qoluna imza atıb. “Volfsburq” isə yalnız 57-ci dəqiqədə Denis Vavronun qolu ilə fərqi azalda bilib.

Turdan sonra “Volfsburq” 8 xalla Bundesliqada 15-ci pillədə qərarlaşıb. 23 xala malik “Bayer” isə ikinci yerdədir.

Növbəti turda “Volfsburq” noyabrın 30-da səfərdə “Ayntraxt”la qarşılaşacaq. “Bayer” isə bir gün öncə, noyabrın 29-da “Borussiya” Dortmundla ev oyununa çıxacaq.

Chosen
24
90deqiqe.az

1Sources