EN

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ötən gün Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirənlərdən biri tanınmış vəkilin övladı imiş.

Bakıvaxtı.az “E-huquq.az”a istinadla xəbər verir ki, yanğın zamanı həlak olan 2018-ci il təvəllüdlü Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun qızıdır.

Onun 2015-ci il təvəllüdlü qızı və həyat yoldaşı isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Chosen
23
14
bakivaxti.az

10Sources