EN

"Barsa" "Kamp Nou"ya qayıdışını darmadağınla qeyd etdi - VİDEO

İspaniya La Liqasının 13-cü turunda “Barselona” iki ildən sonra yenilənmiş doğma “Kamp Nou” stadionunda "Atletik Bilbao"nu qəbul edib.

"Unikal" xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 4-cü dəqiqədə Robert Levandovski açıb. İlk hissənin əlavə vaxtında və 90-cı dəqiqədə fərqlənən Ferran Torres dubl edib. Komandanın digər qolunu isə 48-ci dəqiqədə Fermin Lopez vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 31-ə çatdıran “Barselona” lider “Real”a çatıb. 17 xalı olan Bilbao təmsilçisi isə 8-ci pillədə qərarlaşıb.

Chosen
25
14
unikal.az

10Sources