EN

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş...

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş...

Ötən gün Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirənlərdən biri tanınmış vəkilin övladı imiş.

AFN.az “E-huquq.az”a istinadla xəbər verir ki, yanğın zamanı həlak olan 2018-ci il təvəllüdlü Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun qızıdır. Azyaşlının babası isə tanınmış vəkil Elçin Qəmbərovdur.

Bildirilib ki, Ə. Qəmbərovun 2015-ci il təvəllüdlü qızı və həyat yoldaşı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Chosen
14
14
afn.az

10Sources